Avropa Komissiyası və Aİ təşkilatları kiberhücuma məruz qalıb

 22:55 10.04.2021     58

Avropa Komissiyasının nümayəndələri bu ilin martında informasiya texnologiyaları sistemlərinə kiberhücum edilməsini açıqlayıblar. Kiberhücuma Avropa Komissiyası və Avropa İttifaqının bir neçə təşkilatının İT infrastrukturu məruz qalıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Aİ kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT-EU), eləcə də hücuma məruz qalan İT həll tədarükçüsü ilə sıx əməkdaşlıq edir. "Ciddi məlumat sızıntısı hələ ki aşkarlanmayıb, lakin insidentin araşdırlması hələ ilkin mərhələdədir", - təşkilat nümayəndəsi qeyd edib.

Hazırda insidentin xarakteri və ya kiberhücuma kimin cavabdeh olması barədə məlumat verilmir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/937844.html