Türkiyənin dəstəyi son dərəcə vacibdir - Zelenski

 23:05 10.04.2021     60

Ukraynanın suverenliyi və ərazi bütövlüyünü bərpa etmək üçün Türkiyənin dəstəyi son dərəcə vacibdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə deyib.

“Cənab Ərdoğandan bu dəstəyin davam etdiyini və gələcəkdə də Türkiyənin mövqeyinin dəyişməyəcəyini eşitdiyimə sevindim. Bu gün Türkiyə tərəfinə Ukraynanın müvəqqəti işğal olunmuş Donbas və Krım əraziləri barədə məlumat verdim”, - Zelenski bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550943.html