Ukrayna ilə ticarət hədəfimiz budur - Ərdoğan

 23:16 10.04.2021     57

Görüşlər zamanı strateji əməkdaşlığımızın üzərində durduq və bütün əlaqələrimizi ətraflı müzakirə etdik. Qara dəniz sülh, əmin-amanlıq və əməkdaşlıq dənizi olmalıdır. Mövcud böhran diplomatik üsullarla sülh yolu ilə həll olunmalıdır. Narahatlıq doğuran bu vəziyyətin bir an əvvəl başa çatmasını və atəşkəsin davam etməsini diləyirik.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində işgüzar səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə ortaq media açıqlamasında bildirib.

Ən qısa müddətdə Azad Ticarət Sazişinin imzalanaraq iki ölkə arasında ticarət həcminin hədəflənən 10 milyard dollara çatdırılacağına ümidvar olduğunu vurğulayan Prezident Ərdoğan deyib:

“Bu gün əziz dostumla iqtisadi və humanitar əlaqələrimizin ən vacib məqamı olan turizmi müzakirə etdik. Türkiyə və Ukrayna vətəndaşları bir-birlərinin ölkələrinə qarşılıqlı pasportsuz, yalnız şəxsiyyət vəsiqələri ilə səfər edə bilirlər. Bildiyiniz kimi, ölkəmizdə təhlükəsiz turizm sertifikatı ilə qonaqlarımızı riskə atmadan qəbul edəcək bir sistem qurmuşuq”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550946.html