Azarkeşlər zalı doldurdu, Nərimanın döyüşü təxirə salındı

 23:28 10.04.2021     67

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov bu gün növbəti görüşünü keçirə bilməyəcək.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun məşqçisi Şəhriyar Abbasov məlumat verib.

Belə ki, Rusiyanın paytaxtı Moskvanın “VTB Arena”sında keçirilməli olan “AMC Fight Night 100” döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinə görə baş tutmayacaq. Azarkeşlər pandemiya şərtlərini pozaraq zalı tam doldurduğundan, yarış təxirə salınıb. Turnir sabah azarkeşsiz keçiriləcək.

Artıq təşkilatın prezidenti Kamil Hacıyev də açıqlama yayaraq məlumatı təsdiqləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/550947.html