Liseyi bitirən 75 yaşlı nənə universitetə hazırlaşır - VİDEO

 00:15 11.04.2021     59

Türkiyənin Yalova şəhərində 4 illik təhsilinin davamı olaraq 75 yaşında lisey diplomunu alan Zeynəb Gülər Bağ arzusunda olduğu universitetə hazırlaşır.

Publika.az xəbər verir ki, Zeynəb nənə 2 uşaq, 3 nəvə sahibidir.

"Yaşınız istəyirsə 75-80 olsun, ağlınız başınızda olduqdan sonra oxumağın yaş sərhədi yoxdur. Universitetdə də bir yerə çatım. 75 yaşım var amma heç olmasa nəvələrimə, oxumayanlara örnək ola bilərəm”, - deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/352413.html