Bizi müharibəyə təhrik edirlər - Slutski

 01:39 11.04.2021     64

Qərb Rusiyanı Ukraynada müharibəyə təhrik edir, lakin Rusiyanın kifayət qədər reaksiya göstərmək üçün yolları var.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.

"Rusiyanı müharibəyə təhrik edirlər. Qərbdəki strateji dostlarımız Rusiyanın öz nöqteyi-nəzərlərindən bu əsrin dünya sivilizasiyası üçün əsas təhlükə olduğunu təsdiqləməyə ehtiyac duyurlar. Bu təxribat uğurlu olmayacaq. Geosiyasi rəqiblərimizin hər cür təhdidinə cavab vermə qabiliyyətimiz var", - Slutski vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/550972.html