"Real" "Barselona"ya qalib gəldi, lider oldu

 02:02 11.04.2021     62

Aprelin 10-da futbol üzrə İspaniya La Liqasının 30-cu turunun mərkəzi qarşılaşması keçirilib.

Axar.az xəbər verir ki, İspaniya çempionatının iki əzəli rəqibi “Barselona” və “Real Madrid” klubları qarşılaşıb. Gərgin hücum şəraitində keçən görüşdə Madrid təmsilçiləri üstün olub - 2:1.

Oyunda hesabı “Real Madrid” klubu açıb. Matçın 13-cü dəqiqəsində Kərim Benzema Lukas Vasqesin ötürməsindən sonra baxımlı qola imza atıb. Qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahibləri hesab arasındakı fərqi artırıb. Toni Kross cərimə zərbəsini dəqiq yerinə yetirib.

Birinci hissə “kral” klubunun üstünlüyü ilə başa çatıb. İkinci hissədə “Barselona” qollardan birinin əvəzin çıxıb. Oyunun 60-cı dəqiqəsində Oskar Minqueza adını tabloya yazdırıb.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Otuz turdan sonra “Real Madrid” 66 xalla birinci, “Barselona” isə 65 xalla üçüncü sırada qərarlaşıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/550974.html