Finlandiya koronavirusa qarşı sprey-peyvənd hazırlayır

 04:30 11.04.2021     50

Finlandiyalı alimlər koronavirusa qarşı sprey formasında (burun üçün) peyvənd hazırlamağa başlayıblar.

Publika.az TASS-a istinadla xəbər verir ki, sözügedən vaksinin bu ilin sonuna qədər hazır olacağı bildirilib.

Peyvəndin bu formada buraxılması virusun insan bədəninə əsasən tənəffüs yolu vasitəsi ilə daxil olması qaydasına əsaslanır.

Xatırladaq ki, Türkiyə də sprey formalı koronavirus peyvəndi hazırlayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/352421.html