Myanmada daha 20 mülki şəxs ÖLDÜRÜLDÜ

 06:46 11.04.2021     48

Myanma ordusunun hәrbi çevrilişә vә seçilmiş hökumәt üzvlәrinin saxlanılmasına qarşı ölkәnin Baqo şәhәrindә keçirilәn etiraz aksiyalarına sәrt müdaxilәsi nәticәsindә azı 20 mülki vәtәndaş hәyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə yerli mәtbuat orqanlarının yaydığı mәlumatda dyilir.

Bildirilir ki, Baqo şәhәrinin Ma Qa Dit qәsәbәsindә әsgәrlәr xәbәrdarlıqlara baxmayaraq etiraz aksiyası keçirәn nümayüşçilәrә atәş açıb.

Şahidlәrin dediklərinə görə, hadisә nәticәsindә azı 20 mülki vәtәndaş öldürülüb.

Digәr tәrәfdәn orduya tabe olan mәhkәmә saxlanılan 19 nәfәr barәsindә edan qәrarı çıxarıb. Myanma ordusuna aid ‘‘Myawaddy’’ televiziya kanalının yaydığı xәbәrdә saxlanılan 19 nәfәrin martın 27-dә Yanqonda bir әsgәrin öldürülmәsinә görә mәsuliyyәt daşıdığı bildirilib. Hәrbi mәhkәmәnin 19 nәfәr barәsindә edam qәrarı çıxardığı vurğulanıb.

Myanma ordusunun sözçüsü Zav Min Tun nümayişçilәrin indiyәdәk 16 polis әmәkdaşını öldürdüyünü bildirib. O, xarici ölkәlәrin nümayişçilәrә maliyyә dәstәyi verdiyini qedy edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/352424.html