"Real" - "Barselona" oyununda 3 qol vuruldu

 07:23 11.04.2021     52

İspaniya futbol çempionatının 30-cu turunun oyununda "Real" Madrid "Barselona"ya 2:1 hesabı ilə qalib gəlib.

Trend TASS-a istinadən xəbər verir ki, görüş "Alfredo Di Stefano" stadionunda boş tribunalarla baş tutub.

"Real"dan qolları Karim Benzema (13-cü dəqiqə) və Toni Kroos (28), digər tərəfdən isə Oskar Minqes (60) vurublar.

"Real" 30 oyunda 66 xal toplayıb və İspaniya futbol çempionatının turnir cədvəlində liderdir. "Barcelona" 30 görüşdən sonra 65 xalla üçüncüdür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/938617.html