Ağdamda ev yanıb - FOTO

 07:11 11.04.2021     47

Ağdamda 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Kənd sakini Murtuza Bəxtiyarova məxsus ev yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin yanğınsöndürənləri çağrılıb. Alov söndürələrək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, lakin ev əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/938618.html