Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST

 07:22 11.04.2021     44

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 747 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 747 219 nəfər yeni koronavirusa yoluxub, 13 556 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 134 308 070, ölənlərin isə 2 907 944 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 30 692 226 nəfər. Siyahıda daha sonra Braziliya (13 279 857), Hindistan (13 205 926), Fransa (4 901 955), Rusiya (4 632 688), Böyük Britaniya (4 370 325), İtaliya (3 736 526), İspaniya (3 336 637), Almaniya (2 980 413), Polşa (2 552 898) Kolumbiya (2 492 081) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/938619.html