İran səfiri İrəvanda Baş Qərargah rəisi ilə görüşdü

 23:21 12.04.2021     58

Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyan İranın bu ölkədəki səfiri Abbas Zöhuri ilə görüşüb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, görüş zamanı müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığı məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Davtyan və Zöhuri, həmçinin regional məsələləri də müzakirə ediblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551382.html