Blinken Stoltenberqlə görüşdü: rus ordusu gündəmdə

 23:30 12.04.2021     52

ABŞ Dövlət katibi Entoni Blinken NATO Baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

Məlumata görə, görüşdə bölgədəki təhlükəsizlik məsələləri, xüsusilə Rusiyanın Ukrayna sərhədinə ordu toplaması müzakirə predmeti olub. Həmçinin, Əfqanıstanla bağlı sülh danışıqları gündəmdə olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551379.html