Kremlin Türkiyə qərarı Zelenskiyə görə deyil... - Peskov

 23:39 12.04.2021     54

Rusiyanın Türkiyə ilə hava əlaqəsini dayandırması qərarı Ukrayna Prezidenti Vladimir Zelenskinin Ankaraya səfəri ilə əlaqəli deyil.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr. Bu, epidemioloji vəziyyətlə bağlıdır”.

Qeyd edək ki, Rusiya Türkiyə ilə hava əlaqəsini aprelin 15-dən iyunun 1-dək dayandırıb. Rusiya hökuməti bu qərarın Türkiyədə koronavirusa yoluxma hallarının çoxalması ilə bağlı verildiyini bildirsə də, qərar birmənalı şərh edilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551365.html