Biləsuvarda müəllimlər koronaya yoluxdu, məktəb bağlandı

 23:48 12.04.2021     67

Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə koronavirusa yoluxma aşkarlanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, məktəbin iki müəllimində koronavirusa yoluxma halı aşkarlanıb.

Orta məktəb bu səbəbdən distant təhsilə keçib.

Qeyd edək ki, bu təhsil ocağı koronavirusa yoluxma halının aşkarlanması ilə bağlı Biləsuvarda fəaliyyətini dayandıran ilk məktəbdir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/551381.html