Əli Heydərovu öldürənin kimliyi bəlli oldu - Video

 23:50 12.04.2021     70

Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub.

Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, həmin şəxs Taleh Orucov adlı şəxsdir.

Əli Heydərovun öldürülməsi ilə bağlı ortaya atılan iddialardan biri də ötən il öldürülüən azərbaycanlı qanuni oğru Lotu Quli ilə bağlıdır. İddialara görə, Albert Rıjiy Lotu Qulinin qətlinin sifarişçisi olub və intiqam məqsədilə öldürülüb.

Digər versiyaya görə, Heydərov yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi üçün cəzalandırılıb. Əlavə edək ki, Əli Heydərov Rusiyanın Sankt-Peterburq şəhərində böyük nüfuza sahib olub.

Qeyd edək ki, bu gün gecə azərbaycanlı qanuni oğru Əli Heydərovu Moskvada yaşadığı binanın idman zalında güllələnərək öldürülüb. Heydərov qaçış cığırında idman edərkən killer ona yaxın məsafədən bir neçə atəş açıb, sonuncu kontrol atəşini başından açaraq hadisə yerini tərk edib. Hazırda onun axtarışları davam edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/551389.html