Türkiyədə virusa yoluxanların 85 faizində "Britaniya ştammı" aşkarlanıb - NAZİR

 23:49 12.04.2021     47

Türkiyədə aşkarlanan koronavirus (COVID-19) infeksiyasına son yoluxmaların 85 faizi virusun "Britaniya ştammı"dır. Bundan başqa, ölkənin 11 vilayətində 285 nəfərdə virusun "Cənubu Afrika", 9 vilayətdə 166 nəfərdə isə "Braziliya" növləri aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca ictimaiyyətə açıqlamasında bildirib. Nazir diqqətə çatdırıb ki, ölkə əhalisinin 80 faizi COVID-19 virusunun riskinin yüksək olduğu bölgələrdə yerləşir.

Qeyd edək ki, Ramazan ayında koronavirusun yayılma riskinin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçiriləcək hökumətin iclasında bu məsələ müzakirə olunacaq və dövlət başçısı qəbul olunacaq qərarları ictimaiyyətə açıqlayacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/352616.html