Feyziyev AzTV-nin Teleradio Akademiyasında

 00:04 13.04.2021     62

Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev AzTV-nin Teleradio Akademiyasının qonağı olub.

Axar.az xəbər verir ki, o, medianın ictimai-siyasi həyatda rolu, Türk Şurasına üzv dövlətlərin əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə əlaqələri və iki qardaş ölkənin media platforması çərçivəsində birgə əməkdaşlığı və digər məsələlər barədə Teleradio Akademiyasının dinləyicilərinə ətraflı məlumat verib.

Millət vəkili həmçinin, interaktiv şəkildə keçirilən görüşün sonunda dinləyiciləri maraqlandıran müxtəlif sualları cavablandırıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/551371.html