Prokurorluq işçiləri ilə bağlı bu qayda DƏYİŞDİRİLİR

 00:13 13.04.2021     57

Azərbaycanda prokurorluq işçilərinə rütbələrin verilməsi qaydasına dəyişiklik olunur.

Publika.az xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 18-ci maddəsinə dəyişiklik edilir.

Dəyişikliklə prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq. / "Report"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/352618.html