Peterburqda dəhşətli yanğın: ölən var - Foto

 00:22 13.04.2021     59

Rusiyanın Sankt-Peterburq şəhərində Nevski manufakturasının binasında baş verən güclü yanğın nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Ölən şəxs Fövqəladə Hallar İdarəsinin əməkdaşıdır.

Əraziyə 12 təcili yardım briqadasının cəlb olunduğu deyilir.

Məlumat görə, yanğının sahəsi 10 min kv.m-ə qədər çatıb. Yanğının baş verdiyi sahə - döşəmə və tavan tamamilə çöküb.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551393.html