1321 nəfər azad olunmuş ərazilərə keçməyə çalışıb - DİN

 00:41 13.04.2021     55

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslərin sayı açıqlanıb.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, ötən dövr ərzində 1 321 nəfər işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərib.

O qeyd edib ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb:

"Ölüm hallarının baş verdiyi hadisələrə görə barələrində cinayət işi başlananlar və həbs edilənlər də var. Hələ də işğaldan azad edilmiş ərazilərə qanunsuz şəkildə keçməyə çalışanlara rast gəlinir".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/551391.html