Qazaxıstan kütləvi tədbirləri qadağan etdi

 00:59 13.04.2021     48

Qazaxıstanın Akmola bölgəsində, Qərbi-Qazaxıstan vilayətində və Nur-Sultanda müqəddəs Ramazan ayında kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Axar.az xəbər verir ki, ərazi sanitar baş həkiminin qərarı ilə Ramazan ayı ərzində dini obyektlərin (məscidlər, kilsələr, sinaqoqlar və s.) fəaliyyətinə ən azı 4 kvadratmetr nisbətində fərdi olaraq icazə verilir.

Ramazan ayında məscidlərdə kollektiv ibadət, cümə namazı və beş vaxt namaz qılmaq, həmçinin eyni ailənin üzvləri arasında iftar istisna olmaqla, kollektiv iftar keçirilməsi qadağan edilib.

Dini müəssisələrdə yerləşən iaşə müəssisələrinin fəaliyyəti də qadağandır.

Qərar ötən gündən qüvvəyə minib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551392.html