Quterreş Qaqarindən yazdı: Əmin oldum ki...

 01:10 13.04.2021     50

BMT Baş katibi Antonio Quterreş Tvitter səhifəsində Yuri Qaqarinin kosmosa uçuşundan yazıb.

Axar.az xəbər verir ki, A.Quterreş bu tarixi hadisənin onda dərin izlər buraxdığını bildirib.

“60 il əvvəl Yuri Qaqarin Yer ətrafında uçan ilk insan oldu. Uşaq ikən bu əlamətdar hadisə nəyinki məndə fizikaya maraq oyatdı, eyni zamanda qəti şəkildə əmin oldum ki, hətta ən çətin maneələr belə, fədakarlıq və yaradıcılıqla aşıla bilər”, - deyə BMT rəhbəri Tvitter səhifəsində yazıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551390.html