Çavuşoğlu ABŞ dövlət katibi ilə danışdı

 01:29 13.04.2021     51

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəkim mənbəyə istinadla məlumat yayıb.

“Nazirimiz ABŞ dövlət katibi Entoni Blinkenlə danışıb. Danışıq zamanı ikitərəfli məsələlər, Əfqanıstandakı sülh prosesi, Suriya və Yaxın Şərq mövzuları müzakirə olunub”, - mənbə bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551398.html