Gürcüstana 111 milyon dollar ayrıldı

 01:39 13.04.2021     52

Beynəlxalq Valyuta Fondu (İMF) Gürcüstana yenidən maliyyə yardımı edəcək. Fond əlavə olaraq Gürcüstana təxminən 111 milyon ABŞ dolları ayırıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Bildirilib ki, həmin vəsait Gürcüstanda iqtisadiyyatın bərpasına yönəldiləcək.

Bankın məlumatına əsasən, koronavirus pandemiyası səbəbindən Gürcüstan iqtisadiyyatı ötən il 6,2 faiz azalıb.

Proqnoza əsasən, iqtisadiyyatın bərpası bu ilin II rübündən etibarən başlayacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551400.html