Zelenski Baydenə müraciət etdi

 02:42 13.04.2021     58

Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin rəhbəri Co Baydenə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, Ukrayna prezidenti ölkəsi ilə ABŞ-ın “yaxşı dost” olduğunu bəyan edib. O, qeyd edib ki, ABŞ Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq və münaqişəyə son qoymaq üçün daha çox iş görməlidir.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın daha çox pula, silaha və ən əsası, NATO-ya üzv olmaq üçün daha böyük dəstəyə ehtiyacı var.

“Əgər ABŞ bizi NATO-da görmək istəyirsə, bunu birbaşa deməli və sözlərinə əməl etməlidir”, - deyə Zelenski bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/352623.html