ABŞ-da məktəbə silahlı hücum edildi, yaralananlar var

 03:43 13.04.2021     47

ABŞ-da bir məktəbə edilən silahlı hücumda çox sayda kişi yaralanıb.

Pubklika.az Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Tennessi ştatında, Knoxville şəhərindəki liseyə edilən silahlı hücumda bir polis məmuru da daxil olmaqla çox sayda insanın yaralandığı bildirilir.

Yerli polisinin verdiyi açıqlamada Austin-East Magnet liseyinə silahlı hücum olduğu və təhlükəsizlik qüvvələrinin bölgəyə cəlb edildiyi deyilir.

İnsidentin təfərrüatı açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/352625.html