İnstaqramda problem yarandı

 02:42 13.04.2021     37

Dünyanın bəzi ölkələrində instaqram sosial şəbəkəsinin işində nasazlıqlar qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” məlumat yayıb.

Nasazlıqlar ABŞ, Böyük Britaniya, Kanada, Braziliya və başqa dövlətlərdə aşkarlanıb. İstifadəçilər xəbər xəttinin yüklənilməsindən, öz hesablarına girişdən və başqa problemlərdən şikayət edirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/ikt/352628.html