Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

 07:05 13.04.2021     37

Hindistanın ərman vasitələri üzrə mütəxəsisslərin xüsusi komissiyası Rusiya Federasiyasının istehsalı olan "Sputnik V" peyvəndini istifadə üçün təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, komissiyanın verdiyi qərarda deyilir: "Dərman vasitələrinin tənzimləyicisinin təhlükəsizlik üzrə komitəsi ölkədə Rusiya Federasiyasının istehsalı olan "Sputnik V" peyvəndini istifadə üçün təsdiq edib".

Xatırladaq ki, "Sputnik V" Hindistanda təsdiqlənmiş üçüncü peyvənddir. Daha əvvəl ölkədə "AstraZeneca" şirkətinin texnologiyalarından istifadə edərək Hindistanda istehsal olunan "Covishield" və yerli "Covaxin" peyvəndlərinin istifadəsinə icazə verilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939195.html