Çavuşoğlu və Blinken Əfqanıstanla Suriyanı müzakirə ediblər

 07:15 13.04.2021     37

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, danışıq zamanı ikitərəfli məsələlər, Əfqanıstandakı sülh prosesi və bu mövzuya dair İstanbulda görüş, Suriya və Yaxın Şərqdə vəziyyət müzakirə edilib. Tərəflərin konstruktiv və faydalı söhbət apardığı bildirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939196.html