“Bürc-Xəlifə”də Qaqarin göründü

 07:25 13.04.2021     33

Kosmosa ilk uçan Yuri Qaqarinin şəkili dünyanın ən hündür binası olan Dubaydakı "Bürc-Xəlifə"də əks olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu tədbirlə kosmik uçuşunun 60-cı ildönümü və Y.Qaqarinin xatirəsi ehtiramla yad edilib. İşıqlandırma təxminən üç dəqiqə davam edib.

Xatıladaq ki, "Bürc-Xəlifə" 2010-cu ildə istismara verilib. Hündürlüyü 828 metrdir. 163 mərtəbədən ibarət qüllə dünyanın ən çox mərtəbəli və hündür binasıdır. Kosmosda ilk insan Yuri Qaqarin 12 aprel 1961-ci ildə "Vostok 1" kosmik gəmisində Yer kürəsini bir dəfə dövr vurub və 108 dəqiqəlik uçuşdan sonra Rusiya ərazisində eniş edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939197.html