Sağalmaz xəstəliklə bağlı "ÜMİD İŞIĞI" YANDIRILDI

 07:47 13.04.2021     32

Elm xadimlәri parkinson xəstələrinə ümid bәxş edәn yeni araşdırmalara imza atırlar.

Publika.az xəbər xarici KİV-ə istinadla xəbər verir ki, Lüksemburq Universitetinin tәrkibindәki Tibbi-Biologiya sistemləri Mərkəzinin alimlәri, Almaniyadakı Münster və Bielfeld universitetlərindən həmkarlarıyla birlikdə dəri kök hüceyrələrindən əldə edilən sinir hüceyrələrini siçanların beyninə uğurla nəql ediblәr.

Bu cür təcrübələr daha əvvəl edilib. Amma heç bir nəticə verməyib.

Elm xadimlәri ilk dəfə heceyrә nәqlindәn 6 ay sonra belə heç bir mәnfi təsirin müşahidә olunmadığını deyiblər. Hətta hüceyrələrin tamamilə beynə yerlәşdiyini və digər hüceyrələrlə uyğunlaşdığını vurğulayıblar. Bir siçan üçün 6 aylıq ömrün insanda 20 ilə bərabər gəldiyi qeyd ediblər. Bu tәcrübәnin xüsusilə, Parkinson xəstələri üçün böyük ümid bәxş etdiyini söyləyiblər.

Alimlər təcrübənin parkinson xəstələri üzərində aparılması üçün araşdırmalar başladıblar. İsrar edirlər ki, belə xəstələri bu bəladan xilas etməyi bacaracaqlar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sehiyye/352630.html