ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var

 07:55 13.04.2021     35

ABŞ-ın Noksvil şəhərində (Tennessi ştatı) naməlum şəxs məktəb ərazisində atışma törədib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Yaralananların dəqiq sayı göstərilmir, lakin aralarında bir polisin olduğu bildirilir.

Atışma yerində hüquq-mühafizə və fövqəladə xidmətin əməkdaşları araşdırma aparır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939200.html