Türkiyədə son sutkada koronavirusdan 34182 nəfər ölüb

 08:03 13.04.2021     36

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 243 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 34 182 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 54 562 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 903 573 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 41 218 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 372 629 nəfər təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939201.html