Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər

 08:08 13.04.2021     36

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər.

Bu barədə "Yerevan Speaks" "Telegram" kanalı məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kanal qeyri-müəyyən mənbəyə istinadən bildirib ki, son müharibə zamanı Ermənistan tərəfindən 8472 nəfər ölüb, 13 min nəfər yaralanıb, 3 nəfər itkin, 500 nəfər isə əsir düşüb.

Qeyd olunub ki, hələ 2020-ci ilin noyabr ayında Ermənistanın Vatikandakı səfiri Mikael Manukyan hərbi əməliyyatlarda 4750 nəfərin öldüyünü bildirmişdi.

Ölkənin Müdafiə Nazirliyinin martın 31-nə olan son məlumatında isə ölənlərin sayı 3049 nəfər göstərilib. Həmçinin 3723 cəsəd və qalıqların tibbi ekspertizasının başa çatdığı bildirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939207.html