Qasparyan müharibənin 4-cü günü TŞ-də dedi ki... - Nikol

 12:58 14.04.2021     38

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı II Qarabağ müharibəsinə aid detallara toxunub.

Axar.az xəbər verir ki, o, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın müharibənin dördüncü günündə savaşın dayandırılması gərəkdiyi, əks təqdirdə bütün resursların tükənəcəyi barədə guya TŞ iclasında çıxış etməsi haqda mediaya açıqlamasını şərh edib:

“Bütün məsuliyyətimlə demək istəyirəm ki, Qasparyanın bəyanatının bu bəndinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Baş Qərargah rəisi bunu deməyib, bu, rəsmi şəkildə qeydə alınıb. Söhbət Təhlükəsizlik Şurasının 30 sentyabrdakı iclasından gedir. Qasparyan onda dedi ki, düşmən heç bir uğura nail olmayıb, ordu qarşısına qoyulan tapşırığın öhdəsindən gəlir”.

Paşinyan Qasparyanın hələ Təhlükəsizlik Şurasının 21 avqustdakı iclasında Qarabağdakı erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrini əzmək imkanıyla bağlı hesabat verdiyini bildirib.

Qeyd edək ki, bundan öncə oxşar bəyanatla Ermənistan Baş Qərargah rəisi Armen Qriqoryan çıxış etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/551741.html