Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib - VİDEO

 13:03 14.04.2021     40

Türkiyədə yerli istehsal olan ilk "hava-hava" tipli raketin sınağı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, "Bozdoğan" raketinin ilk sınağı uğurla keçib:

"Gənc mühəndislərimizin "Göktuğ" layihəsi çərçivəsində hazırladığı hava-hava tipli "Bozdoğan" raketimiz ilk atışda hədəfi tam dəqiqliklə vurub".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939643.html