Biz hər şey edəcəyik, ancaq Ukrayna özü vuruşmalıdır

 13:04 14.04.2021     33

Rusiyanın hərbi qüvvələrini artırması fonunda ABŞ Ukraynanı silahlandırmağa davam etməli, eləcə də Moskvaya qarşı sanksiyalar tətbiq etməlidir.

Axar.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ceyms Stavridis deyib.

Onun sözlərinə görə, Vaşinqton sona qədər getməlidir, amma müharibədə ukraynalıların özləri savaşmalıdırlar.

O, Ukrayna sərhədindəki situasiyanın Vaşinqtonun Rusiyaya yeni sanksiyalar tətbiqinə mane olmaq üçün atılan addım ola biləcəyini də istisna etməyib. Stavridis Vaşinqtonun Ukraynaya daha çox hücum silahları verməsi gərəkdiyini, eləcə də ABŞ hərbi gəmilərinin Qara dənizə göndərilməli olduğunu vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551736.html