Əməkdar artist həmkarlarını lağa qoydu: "Küçədə onları tanımırlar" - VİDEO

 13:44 14.04.2021     33

Əməkdar artist Baloğlan Əşrəfov "YouTube"da trenddə olan müğənnilərdən danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Heç vaxt heç yerdə" verilişində olan müğənni bildirib ki, ifaçılar saxta yollarla trenddə olurlar:

"İndi trend nə deməkdir? Onların hamısı fırıldaq işlərdir. Trend bilirsiniz nədir? Küçədən keçəndə səni tanısınlar və təşəkkür etsinlər ki, bu mahnını oxumusan. O trend saxtakarlığını istəsəm, mən də edərəm. Amma mənə belə şeylər lazım deyil. Eşitmişəm ki, onu yalandan edirlər. Hərdən maraqlanıram, deyirlər ki, sizin mahnılarınız 4 milyonu keçib. Mənim elə şeylərdən xəbərim yoxdur. Elələri var ki, trendədir, küçədə onu tanıyan yoxdur. Xalqın sevgisini qazanmaq lazımdır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/939604.html