Aparıcılar tənqid olundu: "Günahkar onlardır"

 13:54 14.04.2021     32

"Hər dəfə özümə söz verirəm ki, ağlamayım. Ağalamaqdan yorulmuşam. Mənim dünyada bir sevgim var: Allaha olan sevgi. Başqasını sevə bilmərəm. Onu ləkələyə bilmərəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Xəbər-ətər" verilişində deyib. Sənətçi qeyri-peşəkar ifaçıların məşhurlaşmasında aparıcıları günahlandırıb:

"Musiqimiz acınacaqlı vəziyyətdədir. Həyatımın 90 faizi musiqidir. İndi ona xələl gətirir, düzgün müşayiət etmirlər. Gördükcə, elə bilirəm yoxam. Görün, efirdə nələr oxunur, nələr edilir. Hamısının yolu açıq olsun. Amma sənətkarların əziyyətlə yazdığı mahnıları kimlər oxuyur? Sənətkarlar həssasdır. Ona vaxtında edin nə edirsinizsə. Elə sənətkarlarımız var ki, fəxri adları yoxdur. Bu cür ifaçıların efirə çıxmasında günahkar aparıcılardır. Olmaz, bir ifaçı gəlir verilişə. Onun öz tərzinə, səsinə uyğun mahnı oxutdur. Gətirib ona Rübabə Muradovadan, Şövkət Ələkbərovadan oxutdurursan. Onların ruhu ağrıyır, sağ olanlar isə əzab çəkir. Bunlar olmasa, sənətkarla o birilərin yeri bilinər.

Bir adamı təkrar-təkrar efirə niyə çağırırsınız? Olmaz ki, sənətlə reytinq yığasınız?".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/939626.html