MİDA 2 şirkətə 21 milyon manat ödəyəcək

 14:14 14.04.2021     39

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi, suvarma sistemi və mövcud kanalizasiya xətlərinin köçürülməsi (1), eləcə də sahəxarici və sahədaxili elektrik enerjisi təminatı (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Publika.az xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “19 saylı Tikinti Təmir İdarəsi” və “Enerji Qrup” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 5 922,1 min manat və 15 238,45 min manat, ümumilikdə isə 21 160,6 min manat ödəniləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/emlak/352807.html