Gürcü Arzusuna növbəti şok: Qaxariya altı deputatla getdi

 14:24 14.04.2021     40

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından qopmalar davam edir.

Axar.az xəbər verir ki, bu gün partiyadan daha bir neçə deputat ayrıldığını elan edib. Onlar sırasında Georgi Xecevanişvili, Mixail Dauşvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Moçereliya və Şalva Kereselidze yer alıb. Partiyadan ayrılan deputatların keçmiş baş nazir Georgi Qaxariyanın komandası olduğu vurğulanıb.

Onlar parlamentdə müstəqil deputatlar kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Qaxariya 18 fevralda gözlənilmədən istefa verib. İstefaya səbəb onun Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə razılıq verməməsi olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551764.html