Ən çox yazılan rəyə görə Azərbaycan ikincidir

 14:29 14.04.2021     38

"Avroviziya" mahnı müsabiqəsinin rəsmi yutub hesabında ən çox rəy bildirilən beş ölkənin adı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticələr 2021-ci ilin iştirakçılarına görə müəyyənləşib. Statistika 10 aprelə olan göstəricilərdir.

Siyahıda Rusiyada böyük səs-küy yaradan və tənqidlərə məruz qalan Manijanın "Rus qadını" mahnısıdır. Sözügedən layihəyə 139 min 651 şərh yazılıb.

İkinci sırada 80 min 525 şərhlə Azərbaycan təmsilçisi Samirə Əfəndinin "Mata Hari" mahnısı qərarlaşıb.

28 min 531 şərhlə Serbiya üçüncü, 24 min 363 rəylə Ukrayna dördüncü, 13 min 323-lə isə Polşa beşinci yerdə qərarlaşıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/939596.html