Rusiya İrəvanı “PUA ovçuları” ilə gücləndirmək istəyir

 14:37 14.04.2021     38

MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi pilotsuz uçan aparatlarla mübarizə vasitələri ilə gücləndiriləcək.

Axar.az xəbər verir ki, bunu Rusiya HHM qüvvələrinin komandanı general-leytenant Yuri Qrexov deyib.

O, MDB-nin hava hücumundan müdafiə birləşmiş sisteminin inkişafı çərçivəsində normativ-hüquqi bazanın gələcəkdə işlənməsinin, eləcə də bu sahədə kadr hazırlığının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Qrexov birləşmiş sistemdəki qüvvələrin növbəti məşqinin 2022-ci ildə keçiriləcəyini deyib.

Qeyd edək ki, MDB ölkələrinin hava hücumunda müdafiə birləşmiş sisteminə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan (KTMT üzvləri) və Özbəkistan daxildir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551765.html