Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib

 15:04 14.04.2021     30

2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin anoloji dövrü ilə müqayisədə 30,4 faiz artaraq 108,501 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat veriblər.

2021-ci ilin martında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin martı ilə müqayisədə 3,7 fazi artaraq 32,715 milyon dollar təşkil edib.

2021-ci ilin yanvar-mart aylarında Türkiyədən dünya bazarlarına kimyəvi məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 5,31 milyard dollar olub.

Son 12 ay ərzində (2020-ci il mart - 2021-ci il mart) Türkiyənin kimyəvi məhsullar ixracı 18,903 milyard dollar təşkil edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939657.html