NATO Ukraynaya yardım etmək istəyirsə... - Rusiya

 08:00 15.04.2021     31

Təşkilat həqiqətən bu ölkədə və bütövlükdə bölgədə təhlükəsizliyi gücləndirmək istəyirsə, NATO-nun Ukraynanın ittifaqa üzvlüyü ehtimalı barədə spekulyasiyanı dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.

"NATO həqiqətən Ukraynada təhlükəsizliyi gücləndirmək, bütövlükdə bölgədəki təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına öz töhfəsini vermək istəsəydi, Ukraynanın alyansa üzv olma perspektivləri barədə spekulyasiyalara son qoyar və uyğun bir fəaliyyət göstərərdi", - Qruşko qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/551879.html