İraqın Erbil hava limanına PUA ilə hücum edilib

 08:03 15.04.2021     35

İraq Kürdüstanındakı Erbil hava limanı yaxınlığında pilotsuz uçuş aparatı partlayıcı endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin ərazidə ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə olunan baza yerləşir.

Bildirilib ki, İraq Kürdüstan hakimiyyəti hücumun hədəfinin ABŞ ordusu olduğunu hesab edib. Hadisə nəticəsində heç kimin xəsarət almadığı qeyd edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939824.html