"Johnson & Johnson" peyvəndi ilə bağlı qərar təxirə salınıb

 08:22 15.04.2021     32

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin mütəxəssisləri görüş zamanı "Johnson & Johnson" şirkətinin peyvəndinin istifadəsi üçün yeni tövsiyələrdən imtina ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin peyvəndin istifadəsi aprelin 13-də dayandırılıb.

Mütəxəssislər "Johnson & Johnson" peyvəndi ilə tromboz halları arasında mümkün bir əlaqə haqqında kifayət qədər məlumat olmadığına qərar verdilər və qərarın verilməsini təxirə salıblar. Onlar bir həftə ərzində tövsiyələr hazırlamaq üçün yenidən bir araya gəlmək niyyətindədirlər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939835.html