Çin Qərbin koronavirus peyvəndinə analoq yaratdı

 08:28 15.04.2021     30

Çin Qərbin koronavirusa qarşı vaksinləri "Pfizer-BioNTech" və "Moderna"nın hazırlanma texnologiyasına bənzəyən peyvəndin yaradılmasında yüksək nəticə əldə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "ARCoV" adlı peyvənd "Abogen Bioscience", "Walvax Biotechnology" və Çin Xalq Qurtuluş Ordusunun Hərbi Elmlər Akademiyası tərəfindən birgə hazırlanıb.

Peyvəndin klinik sınaqlarının üçüncü mərhələsi may ayında başlayacaq.

Onun ilin üçüncü rübündə ildə 120 milyon doza həcmində kütləvi istehsalı planlaşdırılır.

"ARCoV"un yaradıcıları, donmuş vəziyyətdə saxlanılması lazım olan "Pfizer-BioNTech" və "Moderna" peyvəndlərindən fərqli olaraq peyvəndlərinin otaq temperaturunda bir həftəyə qədər sabit qaldığını söyləyirlər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/939832.html